Qazaxıstan prezidentinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb

Qazaxıstan prezidentinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
10:37 27 Fevral 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Mərkəzi İsveçrədə yerləşən Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyini irəli sürüb.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, anti-nüvə hərəkatının fəallarından olan A.Vare bu haqda “Facebook” səhifəsində yazıb.
O, “ATOM” layihəsinin fəxri səfiri, rəssam Karipbek Kuyyukovun da Nobel sülh mükafatına namizədliyini irəli sürüb.
“Nüvə silahının məhv edilməsi və sülh uğurunda yorulmaz fəaliyyətlərinə görə mən bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Karipbek Kuyyukovun Nobel sülh mükafatına layiq görülməsini təklif edirəm”, - deyə o, yazıb.
A.Vare bildirib ki, britaniyalı siyasətçi Bill Kidd də Nazarbayev və Kuyyukovun bu mükafat layiq görülməsini təklif edib.
Xatırladaq ki, Qazaxıstan prezidenti Nursulatn Nazarbayevin bu mükafata namizədliyi 2011-ci ildə də müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüşdü. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistan-prezidentinin-nobel-sulh-mukafatina-namizedliyi-ireli-surulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR