Bakıda boğularaq qətlə yetirilmiş qadın meyiti tapılıb

Bakıda boğularaq qətlə yetirilmiş qadın meyiti tapılıb
10:52 27 Fevral 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş 50-55 yaşlı qadın meyiti tapılıb.
“Report”un xəbərinə görə, hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.
Araşdırma zamanı qadının adının Anjelika olduğu məlum olsa da, hələlik onun şəxsiyyətini tam dəqiqiləşdirmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bogularaq-qetle-yetirilmis-qadin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR