Böyük hücum an məsələsidir: 4 min əsgərlə... – YOL XƏRİTƏSİ

Böyük hücum an məsələsidir: 4 min əsgərlə... – YOL XƏRİTƏSİ
10:53 27 Fevral 2017
157 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə ABŞ arasında Rakka əməliyyatı barədə müzakirələr ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Maykl Pompeonun Türkiyəyə səfərləri ilə daha da güclənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yüksək rütbəli təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra Türkiyənin Suriya ilə bağlı yol xəritəsi ABŞ-a təqdim olunub.

Məlumata görə, Suriyada Türkiyə tərəfindən təlim verilən 10 min Azad Suriya Ordusunun üzvü var. Bunlardan 7 mini birbaşa hərbi qarşıdurmalarda iştirak edə bilər.

Ankara Rakka əməliyyatı mövzusunda ABŞ ilə razılaşacağı halda, Türkiyə Silahlı Qüvvələri 3-4 min əsgərlə əməliyyata dəstək verəcək.

YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücləri –red.) güclərinin Rakka əməliyyatına qatılmaması isə Ankaranın əsas şərtidir. Ankaranın şərtinə görə, YPG olduğu mövqelərdə qalmalıdır. Bəzi yerlərdə YPG döyüşçülərinin Rakkanın 8 kilometrinə qədər yaxınlaşdığı deyilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR