Bakıda üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapıldı

Bakıda üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapıldı
11:12 27 Fevral 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş 50-55 yaşlı qadın meyiti tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.
Araşdırma zamanı qadının adının Anjelika olduğu məlum olsa da, hələlik onun şəxsiyyətini tam dəqiqiləşdirmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR