Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək
11:12 27 Fevral 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, martın 6-da saat 10:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 27-28-də və martın 1-2 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mikayil-cabbarov-agdasda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR