Baş ağrısından bircə dəqiqəyə qurtulun - ASAN ÜSUL

Hər bir insan həyatının bu və ya digər anında baş ağrısı ilə qarşılaşır.

Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, hər dörd nəfərdən üçü il ərzində bir dəfə də olsa, baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalıdır. Etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqlidir. Bu problemdən dərman içmədən qurtula bilərsiniz.

Metbuat.az məlumat verir ki, qaşlarınızın arasındakı bölgəni barmağınızla yüngülcə basın və şaquli bir xətlə təxminən 3 sm yuxarı doğru hərəkət etdirin. Bunu 45-60 saniyə davam etdirin.

Mütəxəssislər bu prosedurun beynin sinir gərginliyini azaltmağa kömək olan bir sahəni hərəkətə keçirdiyini deyir. Eyni zamanda dərinin görünüşünü, xüsusilə də, göz və ağız ətrafını yaxşılaşdırır və regenerativ proseslərə kömək olur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR