Martda FES-in faiz artımına gedəcəyi şübhə doğurur

Martda FES-in faiz artımına gedəcəyi şübhə doğurur
11:23 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Mart ayında faiz artımının qaçılmaz olduğuna dair FES səlahiyyətlilərinin açıqlamaları səngimir.

Publika.az xəbər verir ki, mart ayı toplantısına üç həftədən az müddət qalmasına baxmayaraq, treyderlər faiz artımına az ehtimal verirlər. “Bianco Research” tərəfindən yığılan məlumatlara görə, faiz artımı ilə bağlı gözləntilər 50 faiz səviyyəsindədir.

Nəzərə çatdıraq ki, FES səlahiyyətliləri faiz artımına getmək üçün yetərli səbəb gətirə bilmirlər. Digər tərəfdən fevral ayı üzrə məşğulluq hesabatı yığıncaqdan beş gün əvvəl, inflyasiya göstəriciləri qərardan yalnız saatlar əvvəl açıqlanacaq. Açar əhəmiyyətinə sahib hər iki məlumat treyderləri naməlum vəziyyətdə saxlayır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/189445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR