Ronaldudan yeni rekord

Ronaldudan yeni rekord
11:27 27 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı superulduz İspaniya çempionatları tarixində penaltidən ən çox fərqlənən oyunçu adını ələ keçirib.  

Ronaldo buna La Liqanın XXIV turunda "Vilyarreal"la səfər matçında 11 metrlik cərimə zərbəsini qola çevirərək, nail olub. Primeroda yerinə yetirdiyi 64 penaltidən 57-ni qolla tamamlayan Kriştianu "Real"ın əfsanəvi futbolçusu Uqo Sançesi (56) qabaqlayıb.
 
Qeyd edək ki, "Barselona"nın sabiq oyunçusu Ronald Kumanın aktivində 46 qol olduğu halda, Kataloniya klubunun hazırkı üzvü Lionel Messi La Liqada 43 dəfə penaltini dəqiq yerinə yetirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR