“Oskar” mükafatlarında BÖYÜK RƏZİLLİK!

“Oskar” mükafatlarında  BÖYÜK RƏZİLLİK!
11:28 27 Fevral 2017
121 Şou
Ölkə mətbuatı
A- A+

89-uncu “Oskar” mükafatlarının təqdimetmə mərasimində qalmaqal yaşanıb.

Xəbər verdiyimiz kimi dünən “Oskar 2017” mükafatlarının təqdimetmə mərasimində “La-La Land” “Ən yaxşı film” nominasiyasının qalibi elan edilib. Lakin məlum olub ki, aparıcı zərfləri səhv salıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mükafata layiq görülən filmlərin adlarının yazıldığı zərflər qarışıb. Mərasimin aparıcısı Beatti və Dunavey mükafatı əvvəlcə “La La Land” filminin qazandığını elan edib. Sonra filmin bütün qrupu səhnəyə çıxıb. Filmin yaradıcı heyəti sevinc içində səhnəyə çıxıb mükafatı qazanması ilə bağlı tək-tək nitq söyləyərək təşəkkür ediblər. Lakin növbə filmin rejissorlarından Fred Bercerə gələndə gözlənilməz bir hadisə baş verib.

Aparıcılar zərflərin qarışdığı açıqlayıb və “La-La Land”in digər prodüseri olan Jordan Horovitz buraxılan səhvi düzəltmək üçün səhnəyə çıxıb. Horovitz "Xeyr, xeyr, səhv olub. Ən yaxşı film mükafatını “Ay işığı” filmi qazanıb. Bu, bir zarafat deyil" deyərək digər filmin yaradıcı heyətini səhnəyə dəvət edib.

Böyük xoşbəxtlik yaşayan “La-La Land” komandanın sevinci də yarımçıq qalıb.

Mükafatı sahibinə çatdırmaq üçün səhnəyə çıxan təcrübəli aktyorlar Uorren Beatti və Faya Dunavay səhvlərini belə izah edib: "Bizə verilən zərfin içindəki kartda ən yaxşı aktrisa mükafatına layiq görülən Emma Stoun adı və “La-La Land” yazılmışdı".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/189450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR