Çobanyastığı çayı bir çox xəstəliyin dərmanıdır - Çoxlu için...

Artıq 20 ildən çoxdur ki, çobanyastığı çiçəyi üzərində aparılan araşdırmalar bitkinin bir çox faydalarını sübut edib. Çobanyastığı çayı dünyanın əksər ölkələrində müxtəlif xəstəliklərin müalicəsində ən çox istifadə edilən bitki mənşəli çaylar arasındadır.

Metbuat.az xəbər verir ki, ABŞ-ın "Herb Research Foundation" qurumunun verdiyi açıqlamaya görə, dünya üzrə hər gün 1 milyon stəkan çobanyastığı çayı istehlak edilir. Çayın faydalarına gəldikdə isə, o yüksək fosfor tərkibi sayəsində sümüklərin güclənməsini təmin edir. Yuxusuzluğu aradan qaldırır. Dəri xəstəliklərinin müalicəsində istifadə edilən effektli vasitədir. Yeməklərdən sonra həzmi yüngülləşdirir. Qastritin müalicəsində istifadə edilir. Stress və gərginliyi azaldaraq, bədənə rahatlıq gətirir. Bağırsaq problemlərini aradan qaldırır. Bağırsaq iltihablarını sağaldır, həmçinin immunitet sisteminin gücləndirir. Faydaları saymaqla bitməyən bu çayı hazırlamaq üçün 2-3 xörək qaşığı qurudulmuş otun üzərinə yarım litr qaynamış su əlavə edib, 3-5 dəqiqə dəmlənməsini gözləmək kifayətdir. Daha sonra çobanyastığını süzərək çayı için. İçinə bir çay qaşığı bal və ya bir neçə damcı limon əlavə etmək olar. Yeməkdən bir saat sonra içmək tövsiyə olunur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR