“Galaxy Tab S3” planşetinin rəsmi fotoşəkili yayılıb

“Galaxy Tab S3” planşetinin rəsmi fotoşəkili yayılıb
11:35 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti “Galaxy Tab S3” planşet kompüterinin rəsmi fotoşəkilini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, model “Apple” şirkətinin müasir məhsullarının dizaynını təkrarlayır.

Bildirilir ki, “Samsung” rəhbərliyinin heç vaxt əsas kimi rəqib şirkətin məhsullarının konseptindən istifadə etməməsini dəfələrlə bəyan etməsinə baxmayaraq yeni “Galaxy Tab S3” versiyası xarici görünüşünə görə iki il əvvəl buraxılan “iPad Pro” planşetini xatırladır. Həmçinin klavişlərin forması “Apple” şirkətindən götürülüb. Planşet rəngləri yüksək keyfiyyətdə ötürməklə analoqları ilə müqayisədə az enerji sərf edən “AMOLED” texnologiyalı 7 düym diaqonalı ekranla təchiz edilib. Displeyin təsvir ölçüsü 2048х1536 piksel təşkil edir.

Məlumata görə, 4 giqabaytlıq operativ yaddaş və “Snapdragon 820” prosessoru yüksək məhsuldarlığı təmin edir. Arxa kameranın təsvir ölçüsü 12 meqapiksel, ön kameranın 5 meqapiksel təşkil edir. Bundan əlavə, hər iki kameranın quraşdırılmış yaddaşının tutumu 32 giqabayta bərabərdir. “Galaxy Tab S3” planşeti “Android Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Rəsmi təqdimatı gələn həftəyə nəzərdə tutulan planşetin qiyməti barədə hələlik məlumat verilmir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46316-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR