Şəhid hərbçimiz ata olacaqdı... - FOTO

Şəhid hərbçimiz ata olacaqdı... - FOTO
11:37 27 Fevral 2017
314 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, qafqazinfo adları açıqlanan əsgərlərdən biri - Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotolarını əldə edib.

Əldə etdiyimiz məlumata görə, o, kəşfiyyat bölük komandiri, baş leytenant olub. Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı. 

Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR