Moskvadan Ankaranı qəzəbləndirəcək TƏLƏB: “Danışıqlarda onlar da olmalıdır”

Moskvadan Ankaranı qəzəbləndirəcək TƏLƏB: “Danışıqlarda onlar da olmalıdır”
11:38 27 Fevral 2017
211 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriya üzrə Cenevrə danışıqlarında kürdlərin iştirakının dəstəkləyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, Moskva həmçinin ümid edir ki, Suriya müxalifəti danışıqlarda vahid nümayəndə heyətini yaradacaq. Daha əvvəl Suriya müxalifəti hakimiyyətlə birbaşa danışıqların aparılmasını tələb edib.

Qeyd edək ki, bir illik pauzadan sonra fevralın 23-də Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu başlanıb.

Ankara Rusiyadan fərqli olaraq danışıqlarda Suriya kürdlərinin təmsilçilərindən olan PYD-nin iştirakını istəmir. Ankaraya görə, PYD PKK terror təşkilatının Suriya qoludur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR