Qadın boksçumuzdan gümüş medal

Qadın boksçumuzdan gümüş medal
11:47 27 Fevral 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.

Qeyd edək ki, Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub. 9 kişi boksçudan ən yaxşı nəticəni 1/4 finaladək irəliləyə bilən Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) göstərib. Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR