Nyu Yorkda Xocalı soyqırımının qurbanları anılıb

Nyu Yorkda Xocalı soyqırımının qurbanları anılıb
11:47 27 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.\
"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Azərbaycan Nyu-York Assosiasiyasının birgə təşkil etdiyi aksiyada Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, şüarlar səslənib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr yerli əhaliyə paylanılıb.
Nyu-York Azərbaycan Evində isə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşları, Azərbaycanın ABŞ-dakı səfirliyinin təmsilçiləri, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif icmaların nümayəndələri – Türkiyə Amerika Dərnəkləri Federasiyasında Hayal Erdoğan, yəhudi icmasından Yakov Abr amov və Pinkhas Avshalumov, Cefri Verbax və Nyu Yorkda yaşayan soydaşlarımız iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının vacibliyini söyləyib. Səfir Yaşar Əliyev də öz çıxışında şəhidlərin Vətən uğrunda canlarından keçməsini Azərbaycan tarixində qürur səhifəsi adlandırıb.
Tədbirin sonunda Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Broksanın çəkdiyi "Sonsuz dəhliz" (Endless corridor) sənədli filmi nümayiş etdirilib. 




Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/nyu-yorkda-xocali-soyqiriminin-qurbanlari-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR