Yevlaxda yol qəzası: 1 ölü, 4 yaralı

Yevlaxda yol qəzası: 1 ölü, 4 yaralı
11:57 27 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Yevlaxda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report"un Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonunun Xaldan kəndində Mingəçevir şəhər sakini Rüfət Ömərovun idarə etdiyi "Toyota" və Ağdaş rayon sakini Eldar Mustafayevin idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və R.Ömərovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Gülşən İsmayılova orada ölüb.
Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-yol-qezasi-1-olu-4-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR