Lənkəranda tank əleyhinə mina aşkarlanıb

Lənkəranda tank əleyhinə mina aşkarlanıb
12:02 27 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün saat 08:00 və 09:15 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.
Bu barədə “Report”a DSX-nın mətbuat mərkəzindən bildirilib.
Minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat verilib.
Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-tank-eleyhine-mina-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR