Mətanət İsgəndərli nəvəsini göz yaşı içərisində izlədi - FOTO

Mətanət İsgəndərli nəvəsini göz yaşı içərisində izlədi - FOTO
12:32 27 Fevral 2017
277 Şou
Ölkə mətbuatı
A- A+

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Günay" teatr studiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tamaşada əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərli də iştirak edib. Xocalı faciəsini səhnələşdirilmiş şəkildə izləyən M.İsgəndərli göz yaşını saxlaya bilməyib.

"Xocalı soyqırımı Azərbaycanın ən ağrılı faciələrindəndir. Tamaşanı başdan sona qədər göz yaşı içində izlədim. Uşaqlarımıza afərin, hər biri rolunun öhdəsindən məharətlə gəldi", - M.İsgəndərli deyib.

Qeyd edək ki, tamaşa Zərəngiz Mansurovanın "Cavab ver" poeması əsasında Larisa Tarusovanın quruluşunda hazırlanıb. Xoreoqraf Günəş Talıbovadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR