Rəmiş Malıyev: "İnter" klubunun üzvlərindən heç kim bizə maaşla bağlı etirazını bildirməyib"

Rəmiş Malıyev: "İnter" klubunun üzvlərindən heç kim bizə maaşla bağlı etirazını bildirməyib"
12:32 27 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Bakının "İnter" komandasının futbolçularının, maaşları ödənilməyəcəyi təqdirdə, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində "Qəbələ" ilə görüşdə meydana çıxmayacaqlarına dair yayılan xəbərlər həqiqəti əks etdrimir. Bu barədə "Report"a AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib.
R.Malıyev bildirib ki, klubda əmək haqqı problemi yoxdur və yaxın günlərdə ödənişlər həyata keçiriləcək. Onun sözlərinə görə, komanda üzvlərindən heç kim bu yöndə etirazını bildirməyib: "Bəzi texniki məsələlər həllini tapdıqdan sonra maaşlar ödəniləcək. Mətbuatda yer alan xəbələrlər daha çox jurnalistlərin yaratdığı bir oyundur. Komanda üzvlərindən heç kim bizə etirazını bildirməyib. "İnter"in futbolçularının "Qəbələ" ilə görüşə çıxmayacaqları ilə bağlı iddia dezinformasiyadır". 
Klub rəsmisinin sözlərinə görə, əmək haqqı borcları martın 4-də "İnter"in "Qəbələ" ilə evdə keçirəcəyi matçadək ödəniləcək. Əvvəlki sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB), klubu AFFA-ya təhvil verərkən, yanvar - mart aylarının əmək haqqlarını ödəmək üçün büdcəyə 700 min manat köçürdüyünə dair iddialara gəlincə, R.Malıyev bildirib ki, bu, klubdaxili məsələdir və mətbuata açıqlamağa gərək yoxdur: "Yalnız onu deyim ki, 2016-cı ilin dekabrından qalan pullar verilib, yanvar - fevral aylarının maaşları da ödəniləcək".
Qeyd edək ki, yanvarın 27-də ABB İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/remis-maliyev-futbolcularin-qebele-ile-goruse-cixmayacaqlarina-dair-iddia-dezinformasiyadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR