Əri Beren Saata prezident otağında UNUDULMAZ GECƏ YAŞATDI - FOTO

Əri Beren Saata prezident otağında UNUDULMAZ GECƏ YAŞATDI - FOTO
12:33 27 Fevral 2017
234 Şou
Ölkə mətbuatı
A- A+

Beren Saat dünən həyat yoldaşı Kənan Doğulu və dostları ilə birlikdə məşhur bir hoteldə doğum gününü qeyd edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kənan Doğulu xanımının 32 yaşı olması münasibəti ilə onun üçün romantik mahnılar ifa edib. Daha sonra Berenin şərəfinə ziyafətə oriental rəqqasə Didemi dəvət edib. Ad günü tortu kəsildikdən sonra qəfil zala daxil olan Didem şousu ilə qonaqları əyləndirib. Ziyafət səhər açılana qədər davam edib.

Hotelin çıxışında küçə ifaçıları Yılmaz Ərdoğanın olduğu maşının qarşısını kəsib. Məşhur aktyor ifaçılara 200 lirə verib.

Məlum olub ki, Kənan Berenla romantik gecə keçirmək üçün məşhur hotelin prezident otağını tutub. Otaq şamlar və qızılgüllərlə dekorasiya edilib.

Beren Saata gələn hədiyyələr isə maşınla evinə göndərilib.

Aytən










Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/189452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR