"Bakıkart"da yenilik...

Bank kartlarının sahibləri “BakıKart” nəqliyyat kartlarına gedişi haqqını onlayn formada yükləyə biləcəklər.

Metbuat.az Trend.az-a istinadən bildirir ki, bu barədə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.

Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərnişin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.

BakiKart-ların alınması və yüklənməsi BakıKart və MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR