Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstana səfərə gedib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstana səfərə gedib
12:42 27 Fevral 2017
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi.27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Gürcüstan paytaxtı Tbilisiyə səfərə gedib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində Elçin Quliyevin Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili, Gürcüstanın sərhəd polisinin rəisi ilə görüşləri nəzərdə tutulub.
Bundan başqa, E.Quliyev Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil qoyacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-dovlet-serhed-xidmetinin-reisi-gurcustana-sefere-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR