Ayağı ayağın üstünə atıb oturmayın- Sağlamlığa ziyandır

Saatlarca müəyyən bir mövqedə oturmaq ayaqlarınızdakı sinirlərin iflic olmasına səbəb ola bilər.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, araşdırmalar nəticəsində ayaqdakı sinirlərin zədələnməsinə səbəb olan oturma şəklinin ayağın ayaq üstə atılması olduğu məlum olub. Uzun müddət ayağı ayağın üstünə atıb oturmağın bədəndəki qan təzyiqini artırdığı təsdiq olunub. Təzyiq probleminiz yoxdursa belə, bu şəkildə oturmaqdan çəkinin və meydana gələcək problemlərin qarşısını alın.

Bir ayağınızı digərinin üzərinə qoyduğunuzda ayaqlardan sinəyə qan göndərilir. Nəticədə, ürəyin pompaladığı qan miqdarı və qan təzyiqi də artır. Bu oturuş şəkli eyni zamanda pelvik balanssızlığa da səbəb olur.

Bir araşdırmaya görə, gündə 3 saatdan artıq ayağı ayaq üstünə atıb oturmaq insanın qozbel olmasına səbəb olur. Ayrıca bel, boyun ağrısına və ombalarda narahatlıqlara yol açır.

Aysel yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR