UEFA prezidenti ABŞ-ın immiqrasiya siyasətini tənqid edib

UEFA prezidenti ABŞ-ın immiqrasiya siyasətini tənqid edib
12:47 27 Fevral 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ-ın hazırkı immiqrasiya siyasəti futbol üzrə 2026-cı il dünya çempionatının bu ölkədə keçirilməsinə mane ola bilər. "Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Sloveniyalı qurum rəhbəri deyib ki, DÇ-2026-ya ev sahibliyi etmək üçün müxtəlif ölkələrin ərizələri gözdən keçiriləcək. Onun sözlərinə görə, əcnəbi vətəndaşların ABŞ-a səfər etmələrinə məhdudiyyətləri nəzərdə tutan sərəncamlar mundiala ev sahibliyi etmək uğrunda mübarizədə bu ölkəyə kömək olmayacaq: "İnsanlar siyasi qərarlar ucbatından dünya çempionatına gedə bilməsələr, onda belə səviyyəli turnirlər bu ölkədə keçirilməməlidir".
Qeyd edək ki, DÇ-2026-ya ev sahibliyi etməyə ABŞ-la yanaşı, İngiltərə, Qazaxıstan, Kolumbiya, Avstraliya və Yeni Zelandiya iddia edir. Əvvəllər iddiaçılar sırasında Türkiyə və Azərbaycanın da adları hallandırılırdı.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-prezidenti-abs-in-immiqrasiya-siyasetini-tenqid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR