Putinin ən müasir silahı Yaxın Şərqdə peyda olur

Putinin ən müasir silahı Yaxın Şərqdə peyda olur
12:48 27 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən güclü tanklarından biri Yaxın Şərqə yola düşür.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Rusiya Yaxın Şərqdə müasir döyüş tankı olan T-90MS üçün alıcı tapıb.

Müqavilə imzalansa da, Moskva tankın alıcısının məhz hansı ölkə olduğunu açıqlamayıb.

“2016-cı ilin dekabr ayında Yaxın Şərq ölkələrindən biri ilə böyük müqavilə imzalanıb. Yaxın vaxtlarda hərbi məhsulun bu növünün satışı ilə bağlı daha bir müqavilənin imzalanması nəzərdə tutulur”, - sənaye və ticarət naziri Denis Manturov informasiya agentliyinə bildirib.

Xarici bazar üçün xüsusi olaraq, yaradılan yeni tankın istehsalı hazırda kiçik templərlə gedir.

“T-90MS tanklarının kiçik seriyalı istehsalı qaydaya salınıb. Seriya istehsalın həcmini artıra biləcək texnoloji proseslər yerinə yetirilib”, - general Aleksey Maslov qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR