Xocalı soyqırımı ilə bağlı kadrları izləyən BDU-nun müəllimi vəfat etdi

BDU-nun İnformatika kafedrasının müəllimi, Tətbiqi-riyaziyyat ETİ-nin şöbə müdürü Aslan Paşa oğlu Quliyev fevralın 25-də ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünən vəfat edib.

Onun yaxınları bildiriblər ki, A.Quliyev telekanallardan birində Xocalı soyqırımı ilə bağlı kadrlara baxarkən sarsıntı keçirib və halı pisləşib.

Hadisə ilə bağlı Metbuat.az BDU-nun Tətbiqi-riyaziyyat ETİ-nin şöbəsi ilə əlaqə saxladı. Bildirildi ki, 1964-cü ildən olan Aslan Quliyev sonuncu dəfə fevralın 24-ü işdə olub. Ayın 25-i yas yerindən qayıtdıqdan sonra evdə olarkən halı pisləşib, yıxılıb. Təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümükün olmayıb.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR