"Bu mövsüm "Qarabağ"a uduzmamışıqsa..." - MÜSAHİBƏ

"Bu mövsüm "Qarabağ"a uduzmamışıqsa..."  - MÜSAHİBƏ
12:57 27 Fevral 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in müdafiəçisi Abbas Hüseynovun Fanat.Az-a müsahibəsi.

 

- “İnter”I “Qarabağ”la oyuna hazır saymaq olarmı?

- Hər şey əladı. Yaxşı hazırlaşırıq. Bilirik ki, bizi çox çətin oyun gözləyir.

- Belə oyunlara köklənmək daha asandı?

- “Qarabağ” nəinki ölkədə, Avropada da sözünü deyə bilən komandadı. Əziyyət çəkib hazırlaşırıq. Əziyyətimizin yerdə qalmayacağına ümid edirik.

- Bir yandan da maaş problemi…

- Düzdü, futbolçu zəhməthaqqını vaxtında alanda motivasiyası daha yüksək olur. Ancaq indiki durumda biz həm də özümüzü sübut etmək istəyirik. Belə rəqiblərlə oyun çətin və maraqlı alınır. Oyuna çox sayda azarkeş baxsa, hamımız üçün xoş olar.

- Hədəf qələbədi?

-“Qarabağ” bu mövsüm bizi məğlub edə bilməyib. Öz meydanımızda udmuşuq, ikinci oyun da heç-heçə başa çatıb. Uğurun davamını gətirmək istəyirik.

- Adətən ehtiyatda qalırsan, az oynayırsan…

- Elədi. Qərarı baş məşqçi verir, hörmətlə yanaşmalıyıq. Mən də bilirəm ki, mümkün qədər çox oynamalıyam.

- Klubunu dəyişmək haqda düşünmürsən?

- Zaman göstərəcək. Yanvarda iki təklif almışdım. Mövsümün sonunda komandamı dəyişməyim mümkündü. Ölkə xaricində oynamağa daha həvəsliyəm.Bildiyiniz kimi, 1995-ci ildənəm, U-21 yaşım keçib. Əsas yığmaya düşmək istəyən futbolçu oyun praktikasından əziyyət çəkməməlidi.

- Baş məşqçiniz Zaur Svanadze Kaxaber Tsxadadzedənqalma 5-4-1 taktiki sxemini dəyişmir. 3 mərkəz müdafiəçisiylə oynayan komandada cinahda yer almaq fiziki güc, enerji və həvəs istəyir.

- Razıyam. Bizim sistemdə cinah müdafiəçilərindən çox şey tələb olunur. İşimin öhdəsindən nə dərəcədə gəldiyimi deyə bilmərəm. Amma forma şansı aldığım bütün oyunlarda bütün gücümü meydanda qoymağa hazıram.

 

Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-movsum-quotqarabaquota-uduzmamqsaquot-t56563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR