Ramil Usubovdan YENİ TƏYİNAT

Ramil Usubovdan YENİ TƏYİNAT
12:58 27 Fevral 2017
262 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub.

O, bundan əvvəl Göygöl rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq rəisi, polis kapitanı Vüqar Qasımov yük avtomobili və taksi sürücüləri ilə düzgün davranmadığı üçün aralarında yaranan problemlər səbəbindən 2016-cı il oktyabrın 15-də rayon polis şöbəsinin qarşısında bir qrup şəxs tərəfindən təşkil edilən etiraz aksiyasından sonra tutduğu vəzifədən azad olunub. Həmin vaxt sürücülərin narazılığı da aradan qaldırılıb.

V.Qasımov cəmi bir ay Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/189467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR