Milyonerin oğlu 3 yaşlı uşağı öldürdü - HADİSƏ ANI

Milyonerin oğlu 3 yaşlı uşağı öldürdü - HADİSƏ ANI
12:59 27 Fevral 2017
218 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanda baş verən ağır yol-nəqliyyat hadisəsində "Porsche" markalı avtomobil dayanacaqda dayanan "Honda Civic" markalı digər avtomobilə çırpılıb.
 
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə zamanı 3 yaşlı uşaq da daxil olmaqla, ümumilikdə 4 nəfər ölüb.
 
Polisdən verilən məlumatda yüksək sürətlə hərəkət edən "Porsche"nin sükanı arxasında "Jumbo" supermarketlər şəbəkəsinin sahibi, milyonçu Apostolos Vakakisin oğlu Yorqos olub.
 
Hadisənin baş verməsinə ilkin səbəb kimi yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi göstərilib. Zərbənin təsirindən avtomobil bir neçə hissəyə bölünüb. Hadisədən sonra hər iki avtomobil alışıb.
 
Qeyd edək ki, qəzanın baş verdiyi magistralda icazə verilən sürət həddi saatda 120 kilometrdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR