Manat krediti bahalaşdı – TƏHLİL

Banklar bir-birinə verdiyi manat kreditini bahalaşdırıblar. Fins.az Mərkəzi Bankın statistikasına istinad edərək xəbər verir ki, 2017-ci ilin yanvar ayında banklararası kreditlər üzrə orta faiz dərəcəsi manatla 10.86%, xarici valyuta ilə təxminən onun yarısı yəni, 5.42% olub. Bu isə 2016-cı ilin eyni ayı ilə müqayisədə manatla olan kreditlərdə özünü artımla, xarici valyuta ilə olan kreditlərdə cüzi azalma ilə göstərib.

Belə ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 5.65%, xarici valyuta ilə olan kreditlər üzrə orta faiz dərəcəsi 5.89% olub.

Banklararası kreditlər müddətlərinə görə də qruplara ayrılır. Yəni, 30 günədək olan kreditlər üzrə faiz dərəcəsi manatla 1.73%, xarici valyuta ilə 4.30% olub. Müqayisə aparsaq görərik ki, ötən il manatla verilən kreditlər üzrə faiz dərəcəsi 1.15%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 2.82% olub.

Statistikadan göründüyü kimi, 30 gündən 90 günədək olan kreditlər üzrə faiz dərəcəsi 30 günədək olan kreditlər üzrə faiz dərəcəsindən kəskin sürətdə fərqənir. Deməli, 3 aylıq kreditlərdə manatla olan faiz dərəcəsi 11.9 dəfə yüksəkdir - 20.62% təşkil edir. Xarici valyuta ilə olan kreditlər üzrə faiz dərəcəsi isə 4 dəfə cox - 17.22% olub. Statistika göstərir ki, 30 gündən 90 günədək olan kreditlər üzrə faiz dərəcəsi digərlərinə nisbətdə çox yüksəkdir.

90-180 günlük kreditlər üzrə faiz dərəcəsi isə manatla 16.92%, xarici valyuta ilə 10.72% təşkil edib. 180-360 günlük kreditlər üzrə faiz dərəcəsi manatla 8.73%, xarici valyuta ilə isə 5.60% olub. Və nəhayət 1 ildən yuxari müddətə verilən kreditlər üzrə faiz dərəcəsi manatla 8.94%, xarici valyuta ilə isə 4.71% olub.

Statistikadan görünür ki, 30 günədək olan kreditlər üzrə faizlər istisna etməklə, digərlərində manatla verilmiş kreditlər üzrə faiz dərəcəsi xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcəsindən çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR