Qadın güləşi üzrə Azərbaycan milli komandası Ukraynada təlim-məşq toplanışındadır

Qadın güləşi üzrə Azərbaycan milli komandası Ukraynada təlim-məşq toplanışındadır
13:02 27 Fevral 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Qadın güləşi üzrə Azərbaycan milli komandası Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışındadır. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma üzvləri  bu ölkənin milli komandası ilə birgə hazırlıq keçir.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Kiyevə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yollanıb. Onlar Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Azərbaycan millisinin üzvləri ilə yanaşı, Ukrayna, ABŞ, İsrail və Litva güləşçiləri də toplanışda iştirak edir. 
Hazırlıq prosesi martın 2-də başa çatacaq. Daha sonra yığma üzvləri 3 - 4 martda Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan XXI beynəlxalq turnirə qatılacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/qadin-gulesi-uzre-azerbaycan-milli-komandasi-ukraynada-telim-mesq-toplanisindadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR