Ruslan Dünya Kubokundan medalla qayıdır

Ruslan Dünya Kubokundan medalla qayıdır
13:27 27 Fevral 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Hindistanın Dehli şəhərində atıcılıq üzrə keçirilən Dünya Kubokunda Azərbaycan idmançısı Ruslan Lunyov 1 bürünc medal qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ruslan Lunyov 25 m məsafəyə tapança ilə atış (25M RAPID FIRE PISTOL MEN) yarışlarında finalda 23 xal toplayaraq 3-cü yerin sahibi oldu. 1-ci və 2-ci yerin sahibləri Çin təmsilçiləri oldular.

Yarışlar 22 fevral tarixində başlamış və 04 mart tarixində başa çatacaqdır. Azərbaycan idmançıları 1 bürünc medalla komanda hesabında 5-ci yerdədirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR