Qonşularının evlərini külə döndərdi - GÖYÇAYDA

Qonşularının evlərini külə döndərdi - GÖYÇAYDA
13:39 27 Fevral 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda qəsdən törədilən yanğın hadisələrinin sayı xeyli artıb.
 
Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, fevralın 26-da ayrı-ayrı kəndlərin sakinləri tərəfindən kol-koslu və qamışlı ərazidə qəsdən 9 yanğın hadisəsi törədilib.
 
Həmin yanğın hadisələri küləkli havada kənd yaşayış məntəqələri, fərdi evlər və tövlələr üçün böyük təhlükəyə səbəb olub və hər bir yanğın hadisəsinin qarşısını almaq üçün ərazilərə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.
 
Fevralın 26-da axşam saat 21:30 radələrində Göyçayın Yalman kəndində fərdi yaşayış evinin yanmasına səbəb də yaxınlıqdakı kol-kosun qəsdən yandırılması olub. Məlumata görə, 1956-cı il təvəllüdlü kənd sakini Kərimova Zülfixumar Məhəmməd qızına məxsus ümumi sahəsi 130 kvadrat metr olan 4 otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Yanğın zamanı ev sahibi mənzildə olmayıb və hadisə barədə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Alov söndürülüb və evə bitişik yardımçı tikili yanğından mühafizə edilib. Məlum olub ki, evin yanmasına qonşunun küləkli havada kol-kosdan olan çəpəri yandırması və yanğına nəzarət etməməsi səbəb olub.
 
Yanğından mühafizə hissəsindən APA-ya bildirilib ki, vətəndaşlar küləkli havada kol-koslu əraziyə od vurur, yanğın ərazisi genişlənir, alov evlərə yaxınlaşanda sakinlər FHN-in 101 telefon xidmətinə zəng edərək yanğının söndürülməsi üçün kömək istəyirlər. Qəsdən belə yanğın hadisələrinin törədilməməsi üçün kəndlərdə bələdiyyələr və icra nümayəndəlikləri tərəfindən ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR