Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İmişlidə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İmişlidə vətəndaşlarla görüşəcək
14:12 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri ilə görüşəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan məlumata görə, R.Quluzadə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlar mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (994 12) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/neqliyyat-rabite-ve-yuksek-texnologiyalar-naziri-i-mislide-vetendaslarla-gorusecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR