Siyavuş Novruzov: "Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır"

Siyavuş Novruzov: "Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır"
14:12 27 Fevral 2017
409 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son günlər ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar Ermənistanın daxilində baş verən hadisələrlə bağlıdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Ermənistanın daxilində çox böyük gərginlik var:

"Ermənistan rəhbərliyi ölkə daxilində iqtisadi tənəzzüldən, mövcud problemlərdən ictimaiyyətin fikrini yayındırmaq istəyir. Onlar bu gərginliyi keçmişdə olduğu kimi, yenə cəbhə xəttinə yönəltmək istəyirlər. Bu baxımdan da hərtərəfli şəkildə təxribatlara əl atır və çalışırlar ki, bunu Azərbaycanla əsaslandırsınlar".

Deputat bildirib ki, ermənilərin bu niyyəti baş tutmayacaq: "Təbii ki, Azərbaycan Ordusu bütün bunların qarşısını alır. Milli Ordumuzun rəhbərliyi və digər rəsmi şəxslər daim hərbçilərimizin yanındadırlar. Ermənilərin heç bir təxribatı  tubaştmur. Əksinə, onlar bu təxribatlarla ölkə daxilində vəziyyəti daha da gərginləşdirirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR