UEFA prezidenti Trampın addımını tənqid etdi

UEFA prezidenti Trampın addımını tənqid etdi
14:12 27 Fevral 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hazırkı immiqrasiya siyasəti futbol üzrə 2026-cı il dünya çempionatının bu ölkədə keçirilməsinə mane ola bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin "The New York Times" qəzetinə müsahibəsində bildirib.

Sloveniyalı qurum rəhbəri deyib ki, DÇ-2026-ya ev sahibliyi etmək üçün müxtəlif ölkələrin ərizələri gözdən keçiriləcək. Onun sözlərinə görə, əcnəbi vətəndaşların ABŞ-a səfər etmələrinə məhdudiyyətləri nəzərdə tutan sərəncamlar mundiala ev sahibliyi etmək uğrunda mübarizədə bu ölkəyə kömək olmayacaq: "İnsanlar siyasi qərarlar ucbatından dünya çempionatına gedə bilməsələr, onda belə səviyyəli turnirlər bu ölkədə keçirilməməlidir".

Qeyd edək ki, DÇ-2026-ya ev sahibliyi etməyə ABŞ-la yanaşı, İngiltərə, Qazaxıstan, Kolumbiya, Avstraliya və Yeni Zelandiya iddia edir. Əvvəllər iddiaçılar sırasında Türkiyə və Azərbaycanın da adları hallandırılırdı.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR