Lent.az yazdı, jurnalistlər soruşdu, qaldı iclas: “9” əbədiləşəcəkmi?

Lent.az yazdı, jurnalistlər soruşdu, qaldı iclas: “9” əbədiləşəcəkmi?
14:19 27 Fevral 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Anatoli Banişevskinin vaxtıyla “Neftçi”də çıxış etdiyi zaman gəzdirdiyi 9 nömrəli forma əbədiləşdirilə bilər. Bu barədə “Futbol+” qəzetinə açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov bildirib.

Qurbanovun dediynə görə, Banişevski böyük futbolçu olub. “Onun nömrəsinin əbədiləşdirilməsi fikrini dəstəkləyirəm. Bunu 90-cı illərdə, o sağ olanda etsəydilər, daha yaşı olardı. Özü də o günləri görərdi”.

 

Səməd Qurbanovun dediyinə görə, bu yaxınlarda “Neftçi” futbol klubunun yaranmasının 80 illiyi ilə bağlı klubun iclası olacaq. “Mən bu məsələni mütləq müzakirəyə çıxaracam”.

 

Əslində Banişevskinin 9 nömrəsinin əbədiləşdirilməsi ideyası uzaq 90-larda meydana gəlmişdi. Amma unudulub getmişdi. Sevindirici haldır ki, “Banya”nın 71 illiyi ilə bağlı əməkdaşımız Səbuhi Məmmədlinin “Prezidentin qətli, içkiyə məğlub olan, qazanxanada ölən dahi “qızılbaş” (http://news.lent.az/news/268356) adlı yazısından sonra bu məsələ yenə də aktuallaşdı.

 

Əvvəlcə “Neftçi”nin keçmiş həkimi Boris Xetaqurov, indi isə Səməd Qurbanov bu ideyanı gündəmə gətirdi.

 

Qaldı bircə iclasın keçirilməyi…

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR