Kaxa Kaladze: “Abxaziya dəmir yolunun açılması məsələsi danışıqlar mövzusu olmayıb”

Kaxa Kaladze: “Abxaziya dəmir yolunun açılması məsələsi danışıqlar mövzusu olmayıb”
14:22 27 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 27 fevral. REPORT.AZ/ “Ermənistanın baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmir yolunun açılışı məsələsi müzakirə olunmayıb”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.
O, müxalifət partiyalarının bununla bağlı iddialarını təkzib edib: “Müxalifət iddia edir ki, guya Ermənistanın baş naziri Karen Karapetyanın Tbilisiyə səfəri zamanı Abxaziya dəmir yolunun açılışı barədə danışıqlar olub. Bizim görüşlərdə konkret belə bir məsələ müzakirə olunmayıb və heç söhbət belə getməyib”.
Qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyanın Tbilisiyə səfərindən sonra Gürcüstan hökumətinin işğal olunmuş Abxaziyadan keçməklə Ermənistan gedən dəmir yolunun açılacağı barədə fikirlər səslənib, müxalifət hökuməti növbəti saxtakarlıqda ittiham edirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/kaxa-kaladze-abxaziya-demir-yolunun-acilmasi-meselesi-danisiqlar-movzusu-olmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR