"Düşmən strateji avtoyolu tutmağa çalışıb" - CƏBHƏDƏN YENİ XƏBƏR

Ermənilər ötən ilin aprelində düçar olduqları məğlubiyyətin əvəzini çıxmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirir.

Metbuat.az SİA-ya istinadən məlumat verir ki, bununla bağlı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi akademiyasının müəllimi, hərbi ekspert, polkovnik Xətai Baxışovun fikirlərini "Kavkazskiy uzel" saytına danışıb.

"Erməni tərəfi ötən il Lələ Təpə yüksəkliyi və Talış kəndi ətrafında itirdikləri ərazilərin revanşını almaq üçün məqsədyönlü təxribatlara əl atır" deyən polkovnikin sözlərinə görə, düşmən itirilmiş mövqeləri geri almağa cəhd edib, ancaq buna nail ola bilməyib:

"Ona görə bu dəfə zərbə nöqtəsini dəyişiblər və Xocavənd-Fizuli istiqamətində onlara sərf edən mövqeləri tutaraq, Beyləqan və Ağcabədi rayonlarını Ağdam, Tərtər və Bərdə rayonları ilə birləşdirən strateji avtoyolu tutmağa çalışıblar. Bu baş versəydi, hərbi birləşmələrin, eləcə də mülki vətəndaşların həmin istiqamətdəki hərəkətlərində çətinlik yaradacaqdı, amma düşmən buna nail ola bilmədi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR