Tanınmış teleaparıcının 4 doğmasının öldüyü hadisə barədə YENİ FAKTLAR VƏ GÖRÜNTÜLƏR

Tanınmış teleaparıcının 4 doğmasının öldüyü hadisə barədə YENİ FAKTLAR VƏ GÖRÜNTÜLƏR
14:24 27 Fevral 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 23-də Lerik rayonunun Orand kəndində baş vermiş qar uçqunu nəticəsində xəsarət alan 1 yaşlı Elcan Mustafayev xəstəxanadan evə buraxılıb. Bu barədə Lent.az-a Elcanın əmisi Halim Mustafayev məlumat verib. O bildirib ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov hadisə yerinə gələrək vəziyyətlə tanış olublar: “Dağılmış evin şəkillərini çəkdilər, söz verdilər ki, aidiyyatı qurumlar qarşısında məsələ qaldıraraq yeni evin tikilməsinə kömək edəcəklər. Dağılan evdə 10 nəfərlik ailə yaşayırdı. Atam, anam, qardaşım Qasım və ailəsi, qardaşım Zöhrab və ailəsi. İndi qohumların evində qalırlar. Amma nə vaxta kimi qohum-qunşuya sığınmaq olar? Bizim yeni evə ehtiyacımız var. Uçan evi bərpa edib orada yaşamaq mümkün deyil, həm də orada yenidən ev tikmək risklidir”.

 

Ev sahibi Əhliman Mustafayevin böyük oğlu olan və Orand kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan H.Mustafayev əlavə edib ki, hadisə gecə saatlarında olsaydı, daha çox insan həyatını itirə bilərdi: “Təsəvvür edin, 10 nəfərlik ailənin hamısı bir gecədə məhv ola bilərdi. Həmin vaxt atam, qardaşım Zöhrab və yoldaşı tövlədə mal-qaranı yemləyirmiş. Qasım isə işdə olub. Anamla o biri gəlin yemək hazırlayırmış, uşaqlar isə beşikdə olub. Biz onları dağıntılar altından çıxaranda anamla uşaqlardan biri artıq keçinmişdi. Gəlinimizlə uşağının isə nəbzi vardı, bəlkə də onları xilas etmək olardı. Biz onları otağa gətirdik, bir qədər sonra hər ikisi keçindi. Elcanı dağıntı altından çıxaranda nəfəsi gəlmirdi. Süni nəfəs verdik, bir qədər sonra özünə gəldi. Yollar da bağlı olduğundan təcili yardım saat 4-də gəlib çata bildi”.

 

Qeyd edək ki, Orand kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. Ev sahibinin 2016-ci ildə anadan olmuş digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə xəsarət alıb.

 

Ə.Mustafayev “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafayevanın dayısı, hadisə vaxtı vəfat etmiş Şövkət Mustafayeva isə onun bibisidir.

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR