Texnologiyanın son ixtiraları - Bunlara heyran olacaqsınız... - FOTOLAR

Metbuat.az sizə texnologiyanın 7 möcüzəvi ixtirasını təqdim edir

Barmaq xətkeşi

Təxmini bir ölçü tutmaqla sizə həqiqi ölçüləri göstərən bu xətkeş ilə hər yeri ölçə bilərsiniz.

Şəbəkəyə ehtiyacı olmayan messenger

GoTenna adlı internet şəbəkəsi olmayan yerlərdə belə mesaj göndərə bilməyinizə şərait yaradır. Tez-tez səyahət edən şəxslər üçün möhtəşəm bir ixtiradır.

Toxunduğu əşyaların rəngində yazan qələm

Qələm ətrafdakı əşyaların rəngini təyin edir və o rəngdə yazmağınıza şərait yaradır.

İt tərcüməçisi

"No More Woof" adındakı bu alət itinizin ehtiyaclarını birbaşa olaraq anlamağa şərait yaradır.

Qaranlıqda böyüyən bitki

Bəli, düzgün oxudunuz. Bu bitki bir qrup biotexnologiya həvəskarları tərəfindən hazırlanıb. Parlaq bakteriya genlərinin tütün bitkisinə köçürərək yaradılan bitki, qaranlıqda böyüyür və öz işığını istehsal edir

Daşına bilən mini printer

"ZutA" adında İsrailli bir firma tərəfindən hazırlanan printer, istədiyiniz zaman, istədiyiniz yerdə çap etməyinizə şərait yaradır və ağıllı telefonlarla idarə edilir.

Barmaqla mətn oxuyan

FingerReader adındakı bu alət barmağınızı üzərindən keçirdiyiniz bütün sözləri yüksək səslə oxuya bilir və hətta tərcümə edir. Xüsusilə görmə problemi olan şəxslər üçün möhtəşəm bir ixtiradır.

Əsmər / Metbaut.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR