Küləyin uçurtduğu dayancaq bərpa edilir - BNA

Küləyin uçurtduğu dayancaq bərpa edilir - BNA
14:29 27 Fevral 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 26-da paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Agentliyin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır.

 

Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə BNA bildirir ki,  sözügüdən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin BNA məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlandırıb. Yaxın vaxtlarda  bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq.     

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR