Azərbaycanın maliyyə sektoruna 300 min manat sərmayə yatırlıb

Azərbaycanın maliyyə sektoruna 300 min manat sərmayə yatırlıb
14:42 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə ümumilikdə 0,3 mln. manat investisiya yatırılıb. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ölkə üzrə cəmi investisiya qoyuluşunun 0,03%-ni təşkil edir.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında bu sahəyə investisiya yatırımı olmayıb. 2016-cı il ərzində isə maliyyə sektoruna investisiya qoyuluşu 4,3 mln. manat təşkil edib və bu, illik müqayisədə 77,8% azdır.
Cari ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala toplam 954,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5%-ni təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-maliyye-sektoruna-300-min-manat-sermaye-yatirlib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR