"Gmail" və "YouTube" hesabınızı təcili yoxlayın - VACİBDİR

Dünyanın əksər ölkələrində bir çox "Gmail" istifadəçisi hesablarından avtomatik olaraq çıxış edildiyindən şikayətləniblər.

Metbuat.az-ın məlumatına əsasən, "Gmail", "Google Drive", "YouTube" kimi tətbiqlərdə qeydiyyatları olan şəxslər öz hesablarının ələ keçirildiyini bildiriblər. "Google" şirkətinin rəsmiləri isə qorxulacaq bir şeyin olmadığını, yaşanan bəzi problemlərin heç də həmin şəxslərin hesablarının ələ keçirilməsi ilə nəticələnmədiyini qeyd ediblər. Mütəxəssislər əsas problem kimi "Google"-nun serverlərindəki nasazlıqları ön plana çəkiblər.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR