"Azərbaycan İsrailə "Dəmir günbəz" kompleksi sifariş verib"

"Azərbaycan İsrailə "Dəmir günbəz" kompleksi sifariş verib"
14:57 27 Fevral 2017
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, institut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.
 
Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, "Barak-8" zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.
 
Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə "Dəmir günbəz" hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün "Tamir" raketlərini sifariş edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR