Aİ Şurası Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması vəziyyətini qəbul edib

Aİ Şurası Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması vəziyyətini qəbul edib
15:02 27 Fevral 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Avropa İttifaqı Şurası (Aİ) Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması vəziyyətini qəbul edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, kommünikedə Aİ Şurası və Avropa Parlamentinin indi qəbul edilmiş qaydaları imzalamalı olduğu vurğulanıb. Sonradan mətn Aİ-nin "Rəsmi jurnalı"nda nəşr olunacaq və 20 gün müddətində viza rejiminin dayandırılması mexanizmi ilə eyni anda qüvvəyə minəcək.
Bu isə o deməkdir ki, biometrik pasportları olan Gürcüstan vətəndaşlarının biznes, turizm və ya ailəvi məqsədlər üçün 90 gün müddətində Aİ ölkələrinə səfər etməsi halında vizaya ehtiyac olmayacaq. Sənədə əsasən, bu qaydalar yalnız İrlandiya və Birləşmiş Krallığa tətbiq edilməyəcək.
Qeyd edək ki, fevralın 28-də analoji qərar Ukrayna üçün də qəbul olunmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ai-surasi-gurcustan-vetendaslari-ucun-viza-rejiminin-liberallasdirilmasi-veziyyetini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR