Azərbaycan cüdo yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycan cüdo yığmasına yeni baş məşqçi təyin olunub
15:07 27 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komandanın əvvəlki baş məşqçisi Rəşad Məmmədovu Elçin İsmayılov əvəz edib. 
Rəşad Həsənov, Ramil İsmayılov və İlham Məmmədov isə yığmanın köməkçi-məşqçi vəzifəsini icra edəcək. Məşqçilər gənclərdən ibarət millinin üzvlərinə təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudo-yigmasina-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR