Dünyanın ən böyük serial ulduzu vəfat etdi - FOTO

Dünyanın ən böyük serial ulduzu vəfat etdi - FOTO
15:22 27 Fevral 2017
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyada ölkənin ən ucaboylu insanı, "Came of Thrones" serialındakı "Qüdrətli Meq" (Mag the Mighty) rolu ilə dünyaca məşhurlaşmış 36 yaşlı Nil Finqlton vəfat edib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, "Game of Thrones" serialındakı şimaldakı yarıvəhşilərin nəhəngi rolunu oynamış aktyorun ölüm səbəbi kəskin ürək-damar çatışmazlığıdır.

ABŞ-dakı Şimali Karolina Universitetini bitirmiş N.Finqlton əvvəllər peşəkar basketbolçu olub. O, ABŞ, İspaniya, İtaliya, Çin, Yunanıstan və İngiltərədə basketbol klublarının heyətində çıxış edib.

Boyu 232 sm olan N.Finqlton Avropa Birliyinin də ən ucaboylu insanı sayılırdı.

N.Finqlton "Dr Who", "X Men: First Class" və "Avengers: Age of Ultron" filmlərində də rol almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/521476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR