Təsirini görüncə şok olacaqsınız - Qıdıqdan belə xilası olun... / FOTOİZAH

Artıq çəkili olmasanız belə, bir çox qadının probleminə çevrilmiş  başınızın bəlası ola bilər.

Metbuat.az qıdıxdan qurtulmaq üçün evdə edəcəyiniz ən sadə idman hərəkətlərini təqdim edir:

İsinmə hərəkətləri:

Bütün idman hərəkətlərində olduğu kimi, burda da işə üz əzələlərini isidərək başlayın. Çənənizi önə, geriyə və yanlara doğru hərəkət etdirin. Bu hərəkəti 8-10 dəfə təkrarlayın.

Çömçə hərəkəti

Ağzınızı açın, dilinizi alt dişlərinizin üstündə gəzdirin. Çənənizi çömçə kimi edin, su daşıdığınızı düşünün. Çömçə hərəkəti ilə başınızı aşağı əyin və təkrar qaldırarkən ağzınızı bağlayın. Bu hərəkəti edərkən dilinizin kənarlarını sərbəst buraxın. Hərəkəti 5-7 dəfə təkrarlayın.

0ff0d8bda9-17006273259248564521224650468295n

Burnunuza toxunun

Qıdıq dil sümüyü əzələlərinin zəif olmasıyla əlaqəlidir. Qıdığınızdan xilas olmaq istəyirsinizsə, hiyoid (dil sümüyü) əzələlərini gücləndirməlisiniz. Dilinizi çıxara bildiyiniz qədər çıxarın, burnunuza toxunmağa çalışın və sərbəst buraxın. Hərəkəti 5 dəfə təkrarlayın.

Oval üz

Üz şəklinizin də daha gənc görünməsini istəyirsinizsə, bu məşqi edin. Başınızı sola çevirin və çənənizi önə itələyin. Boyun əzələlərinizi gərginləşdirin. Boynunuzun sol əzələlərinin gərildiyini hiss etməlisiniz. Sonra başınızı sağa çevirin və eyni hərəkətləri sağ tərəfdən təkrarlayın. Hərəkəti hər iki tərəf üçün də 5 dəfə təkrarlayın.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR