Pike "Real"a hakimlərin kömək etdiyinə işarə vurub

Pike "Real"a hakimlərin kömək etdiyinə işarə vurub
15:42 27 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın müdafiəçisi Jerar Pike Primeranın 24-cü turunda keçirilən "Villarreal" - "Real Madrid" (2:3) oyununda hakim səhvinə sosial şəbəkədən etiraz edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pike "sarı sualtı qayıq"la görüşlərdə "Barselona"nın xal itkisinə diqqət çəkib.

"Eyni komanda ilə oyunda "Barselona" 8 xal az, "Real" isə eyni sayda çox xal toplayıb", - Pike yazıb.

Katalon müdafiəçi "Villarreal" və "Malaga" ilə oyunları qeyd edib. "Real" mübahisəli penalti ilə "Villarreal"la matçda geri dönüş etdiyi halda, "Barcelona"ya (1:1) eyni komanda ilə görüşdə penalti verilməmişdi. "Malaga" ilə oyunda (0:0) Pikenin sayılmayan qolu fonunda "Real"da Ramosun mübahisəli qolu (2:1) hesaba alınmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR